Dünya
İran Prezidenti İsraili “İŞİD-in tərəfdaşı” adlandırdı
İran Prezidenti Həsən Ruhani İsraili İŞİD terror qruplaşmasının tərəfdaşı adlandırıb.
Ruhani bunu “Fox News”a verdiyi müsahibəsində deyib.
“İsrail yaralı İŞİD terrorçularına qayğı göstərən bir ölkədir, onları silahla təmin edir. Sübutlara ehtiyacınız varsa, İsrail xəstəxanalarına baş çəkin və yaralanan İŞİD-çilərə necə kömək edildiyini görəcəksiniz. İŞİD döyüşçülərindən ələ keçirilən silahlar İsraildə istehsal edilir”,-deyə Prezident vurğulayıb.(“Report”)