Sosial
Bu şəxslərin koronavirusun yeni ştammına yoluxma riski çox azdır
COVİD-19-a yoluxub sağalanlar və peyvənd olunanlar üçün virusun yeni ştammına yoluxma riski çox az olur.
Regiitv.az xəbər verir ki, bunu Trend-ə həkim infeksionist Fərrux Sədirov deyib.
Onun sözlərinə görə, virus mutasiyaya uğrasa belə, onun bu strukturu COVİD-19-un ana strukturuna, hətta 50 il əvvəlki virusun ana strukturuna bənzəyir:
“Hər hansı bir koronavirus növünə yoluxmuş insanlarda xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Həmin şəxslər virusa yoluxsa belə, onun xəstəliyi ağır keçirmə ehtimalı daha azdır. Bu səbəbdən xəstəliyi keçirənlər, peyvənd olunanlar virusun yeni ştammına yoluxsalar da, orqanizmlərində əmələ gələn immunitet sayəsində onların xəstəliyi yüngül keçirəcəklərini düşünmək olar”.
F.Sədirov əlavə edib ki, orqanizmdəki antitellərin 3-6 ay ərzində qoruyuculuğunun olması barədə məlumatlar var. Bu müddətdən sonra anticisimlərin sayı azalmağa başlayır və təkrar yoluxma mümkündür.
F.Sədirov qeyd edib ki, uşaqlar risk qrupuna daxil olmadığından onların hələ ki peyvəndlənməsi lazım deyil.
Daha çox xəbər:
İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Həkim-infeksionist
Koronavirusla bağlı son vəziyyət
ÜST rəhbəri: “Peyvənd COVID-19 pandemiyasını dayandırmayacaq”
Virus həbsxanalarımızı da vurdu! - Məhkumların sayı daha da azala bilər
TƏBİB rəsmisindən qorxulu proqnoz: “Yoluxma sayı yaydakını ötə bilər”