Səhiyyə
İndi COVİD-19-a yoluxanlarda xəstəliyin daha ağır gedişatı müşahidə olunur - Həkim-infeksionist
Yay dövründə koronavirusa yoluxan xəstələrlə müqayisədə indi virusa tutulan şəxslərdə infeksiyanın daha ağır gedişatını müşahidə edirik.
Trend-in məlumatına görə, bunu həkim-infeksionist Nazxanım Qasımova deyib.
Onun sözlərinə görə, yoluxma sayının artmasının səbəblərindən biri insanların karantin qaydalarına əməl etməməsi, dezinfeksiyaedici vasitələrdən istifadə etməməsidir. Digər səbəb isə mövsümün dəyişməsi ilə əlaqədar insanlarda immunitetinin aşağı düşməsidir.
Hazırda çalışdığı modul tipli xəstəxananın gücləndirilmiş iş rejimində işlədiyini deyən N.Qasımova qeyd edib ki, tibb müəssisəsinə daxil olan xəstələr daha çox yanaşı xəstəlikləri olanlardır.
Onun sözlərinə görə, insanın bir qədər tənəffüs sistemi xəstəliyi varsa və onda immunitet düşməsi halı baş verirsə, bu, onun koronavirusa yoluxma riskini artırır.
Daha çox xəbər:
Həkim Əmrah Fəqanoğlunun vəziyyətindən danışdı
Son günlər Azərbaycanda koronavirusa daha çox bu şəxslər yoluxurlar - RƏSMİ
Gürcüstanda koronavirusa daha üç yoluxma halı təsdiqləndi
Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA
Baş infeksionist: “Yumşalma yalnız bu halda ola bilər”