Sosial
Mutasiya olunmuş virusla bağlı qorxunc açıqlama: Maska işə yaramır
Dünyada bir-birinin ardınca müşahidə edilən koronavirus mutasiyaları epidemiya narahatlığını artırır.
“Haber Global” məlumat verir ki, İtaliyada COVID-19-a qarşı mübarizə aparan şəxslərdən biri, Pier Luici Bartoletti mutasiyaya uğramış virusla bağlı açıqlamalar verib.
Bartolettinin sözlərinə görə, Britaniya variantı hesab edilən B 117 virusuna qarşı tibbi və cərrahi maskalar heç bir işə yaramır.
O qeyd edib ki, yeni mutasiyalara FFP2 və FFP3 maskaları istifadə etmək olar.
Mütəxəssis bildirib ki, virus qapalı yerlərdə maskadan nüfuz edə bilir:
“Daha ölümcül deyil, amma daha çox yoluxucudur. Gənclərə də təsir edir. Tez adaptasiya olaraq daha sürətlə xəstəliyə səbəb olur. Ona görə mutasiya olunmuş varianta qarşı diqqətli olmalıyıq. Tədbirlər bütün dünyada daha da artırılmalıdır”.
Daha çox xəbər:
Azərbaycanda virusla bağlı ən sərt qadağalar ola bilər
Əksər xəstələr həm virusla, həm də lazımsız dərmanlarla mübarizə aparır - Həkimdən xəbərdarlıq
Sərt karantin rejimi tətbiq edilməsə… – Açıqlama
TƏBİB rəsmisindən qorxulu proqnoz: “Yoluxma sayı yaydakını ötə bilər”
Elm adamlarından qorxulu xəbərdarlıq: Yeni və ölümcül epidemiyalar yaxınlaşır