Cəmiyyət
Elm adamlarından qorxulu xəbərdarlıq: Yeni və ölümcül epidemiyalar yaxınlaşır
Meşələrin sürətlə məhv edilməsi və biomüxtəlifliyin azalması nəticəsində yeni ölümcül pandemiyalar ortaya çıxa bilər.
“The Observer”in məlumatına görə, britaniyalı alimlər uzun tədqiqatlardan sonra bu qənaətə gəliblər.
Onların sözlərinə görə, meşələrin sürətlə məhv edilməsi, əkinçilik ərazilərinin nəzarətsiz genişləndirilməsi, ucqar ərazilərdə mədənlər tikilməsi, vəhşi heyvanların qida, ənənəvi tibb və ya ekzotik ev heyvanları kimi istismarı xəstəliklərin vəhşi aləmdən insanlara birbaşa yoluxması üçün “mükəmməl fırtına” rolunu oynayır.
Alimlər yaranan xəstəliklərin demək olar ki, 2/3-nin ərazi sahələrinin istifadəsindəki dəyişikliklər səbəb olduğunu iddia edirlər. Nəticədə hər il beş-altı yeni pandemiya ortaya çıxa bilər ki, bu da dünya əhalisinə təsir edəcək.
Onların sözlərinə görə, palma ağacları əkmək, mal-qara ferması yaratmaq, neft çıxarmaq və mədən yataqları üçün hər il on milyonlarla hektar cəngəllik və təbii yaşayış yerləri buldozerlə məhv edilir. Bu da əksəriyyəti hələ elmi olaraq təyin olunmamış saysız-hesabsız virus və bakteriya olan bitki örtüyünün, təbii həyatın məhv olmasına səbəb olur. Bu mikroblar isə heyvanlar və insanlar kimi yeni “sığınacaqlara”, ordan da yayıla bilər. Buna “yoluxma” deyilir və yeni xəstəliklərin ortaya çıxması ilə nəticələnir.
Alimlər yoluxmanın daha bir yolunun fəhlələrdən qaynaqlandığını bildirib. Onların sözlərinə görə, işçilər ağacları kəsmək üçün cəngəlliklərə gedəndə özləri ilə yemək aparmırlar, burada nə tapsalar ovlayırlar. Buna görə daima infeksiyalara məruz qalırlar.
Bundan başqa ağacların kəsildiyi yerlərdə, tarlaların ətrafında köhnə meşələrin ətrafına boş torpaq sahələri vəhşi heyvanlarla ev heyvanları arasında əlaqəni artırır. Qəribə yeni viruslar daşıyan yarasalar, gəmiricilər və digər zərərvericilər meşə qalıqlarından kəndlərə gəlir, heyvanları infeksiyaya yoluxdururlar, onlardan da insanlara keçir.
Daha çox xəbər: