Dünya
Rus diplomat: ABŞ bu qərarı versə, fəlakət olacaq
ABŞ husiləri terror təşkilatları siyahısına salmaq planlarından daşınmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
O bildirib ki, Vaşinqtonun bu addımı BMT-nin Yəməndə konfliktin həlli səylərinə mənfi təsir göstərə bilər:
“ABŞ-ın husiləri terror təşkilatı kimi tanıma qərarı Yəməndə sülh prosesi üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Pompeo husi qruplaşmasını (Ənsar Allah) terror təşkilatı siyahısına salacaqlarını açıqlayıb.