Gündəm
ABŞ dövlət katibi Azərbaycan və Ermənistana müraciət edib
ABŞ dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə, xarici qüvvələri isə münaqişəyə müdaxilə etməməyə çağırıb.
İnterAz xəbər verir ki, ABŞ rəsmisi belə çağırışla "Fox News"a müsahibəsində çıxış edib.
"Biz münaqişənin beynəlxalq xarakter almasına qarşı çıxırıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda qalmalıdır. Biz atəşin dayandırılmasına çağırırıq. Biz iki ölkənin hər birinin liderləri ilə danışaraq, onları bunu etməyə çağırırıq", - o deyib.
Daha çox xəbər:
Mayk Pompeo: “ABŞ Venesueladakı hakimiyyətin dəyişdirilməsinə çalışır”
ABŞ sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı
Pens və Pompeo Türkiyəyə hazırlaşırlar
İlham Əliyev - "İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır"
Tural Gəncəliyev Şuşada keçiriləcək “andiçmə mərasimi” ilə bağlı açıqlama yaydı