Gündəm
15:58, 11 fevral 2020
62
0

ABŞ əks-kəşfiyyatı Rusiya və Çini əsas təhlükə adlandırıb

ABŞ əks-kəşfiyyatı Rusiya və Çini əsas təhlükə adlandırıb
ABŞ əks-kəşfiyyatı Rusiya və Çini əsas təhlükə adlandırıb.
ABŞ-ın yeni əks-kəşfiyyat strategiyası 2020-2022-ci illər ərzində ölkə üçün əsas təhlükələrin siyahısını açıqlayıb.

Siyahıda ABŞ üçün əsas təhlükənin Rusiya və Çin olduğu öz əksini tapıb.

“Amerika Birləşmiş Ştatlarını hədəf alan oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyaya təsir edirlər, ABŞ-a qarşı milli gü alətlərindən istifadə edirlər. Onlar müasir geniş spektrli kəşfiyyat imkanlarına malikdirlər”, -deyə ABŞ Əks-kəşfiyyat və təhlükəsizlik Milli Mərkəzi tərəfindən hazırlanan sənəddə bildirilib.

Əks-kəşfiyyat Kuba, İran, Şimali Koreyanı, “Hizbullah” hərəkatını, İŞİD-i və "Əl-Qaidə"ni də ABŞ üçün təhlükələr siyahısına əlavə edib.(apa)
Digər xəbərlər: