Gündəm
11:50, 12 yanvar 2021
54
0

Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO

Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
İmişli rayonunda qeydiyyatdsa olan müvəqqəti Bakı şəhər, Nizami rayon, B.R. Mirzəyev küçəsi, ev 2-də kirayə yaşayan Nuruşzadə Tacir Amil oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Nuruşzadə Tacir Amil oğlu 12.11.2001-ci il tarixində Azərbaycan Respublikası, İmişli rayon, Hacırüstəmli kəndində anadan olmuşam.

Anadangəlmə xəstəyəm, əmək qabiliyyətsizəm, xəstəliyim heç zaman sağalan xəstəlik deyildir.
Xəstəliyimlə bağlı demək olar ki, hər il xəstəxanalarda müalicələrdə oluram, xəstəliyimlə bağlı işləyə bilmirəm.

Xəstəliyimlə bağlı müalicə və müayinə xərclərini ödəyə bilmirəm. Heç bir gəlir yerim yoxdur. Anam rəhmətə gedib, şəkillərimi iddia ərizəsinə əlavə etmişəm.

Qeyd etmək istəyirəm ki, həm ayğım şikəsdir, həm də epilepsiya xəstəsiyəm, səhətimdə olan xəstəliklərlə bağlı məni müayinə edib 17.08.2020-ci ildə forma 88 yazılıb (2788003AAB1T) Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərildi, lakin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə (https://www.e-gov.az/az/services/read/3493/0) e-sosial portalında şəxsi kabinetə yanvar 2021-ci ildə baxış zamanı (https://e-sosial.az/#/cabinet) mənə məlum olmuşdur ki, e-sosial portalında mənə əlillik dərəcəsi verilməsindən imtina edilmişdir.

Hesab edirəm ki, bu mənə qarşı haqsız bir mövqedir, mən anadan gəlmə ayağım şikəsdir və epilepsiya xəstəsiyəm və ağır sağalmaz xəstəliklərdən əziyyət çəkirəm.

Əlavə olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin əsassən mənə 2-ci qrup əlillik təyin edilməlidir.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi əsassız olaraq mənim xəstəlyimə əlillik təyin edilməsinə imtina etmişdir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi imtina aktında qeyd etmişdir ki, F 88 natamam doldurulmuşdur.

Qeyd etmək istəyirəm ki, mən sağalmaz andangəlmə xəstəsiyəm, mənim müalicəmin heç bir müsbət nəticəsi yoxdur, sadəcə müalicəmin səbəbi ondan ibarətdir ki, mənim xəstəliyim dahada ağrlaşmasın həyatıma vaxtından əvvəl ölüm təhlükəsi yaratmağına gətirib çıxarmasın, bütün bunlara baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi qanunsuz olaraq mənə əlillik təyin edilməsindən imtina edir.

Hörmətli Sahil müəllim bax diqqətlə mənim şəkilimə və mənim xəstəliyimə sonra bu yaramaz, dövlətə layiq olmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə göstəriş ver ki, məni anadangəlmə sağlam etsinlər, sonra imtina etsinlər, mən buna razıyam.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"ə əsassən mənə 2-ci qrup əlillik təyin edilməlidir.

Xahiş edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinin yaramaz işçilərinə qarşı ciddi tədbir görün və mənə 2-ci qrup ümumi xəstəliklə əlaqədar əlillik təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitatsiya Agentliyinə ciddi göstəriş verin".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO
Digər xəbərlər: