Siyasət
Kamil Musəvi: “Salyanda icra nümayəndəsi işçilərin maaş kartını əllərindən alıb” – AÇIQLAMA
“Salyan rayon Yolüstü kəndinin icra nümayəndəsi Bəşirov İlkin Yaqub oğlu tabeçiliyində olan, süpürgəçilik və fəhləliklə evinə halal ruzi aparan bir neçə yaşlı insanın maaş kartını əllərindən alaraq, 340 manat əmək haqqı alan o insanlara 230 manat nəğd pul verir”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Qarabağ qazisi Kamil Musəvi özünün “instagram” səhifəsində yazıb.
Məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Şəmsəddin Əbilov Yeniavaz.com-a açıqlama verərək bildirib ki, sözügedən iddia araşdırılacaq.
Daha çox xəbər:
"Onların həbsi ilə bağlı qərar veriblərsə ..." - İcra Hakimiyyətindən açıqlama
Xətai rayon İcra Hakimiyyəti qanvermə aksiyasına qoşulub - FOTO
Yeni icra başçısı onu sektor müdiri TƏYİN ETDİ
Azərbaycanda icra hakimiyyətindən koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda icra başçısına müavinlər təyin edildi