Cəmiyyət
Azərbaycanda icra hakimiyyətindən koronavirusa yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı bir əməkdaşda testin nəticəsi müsbət olub.
Bununla bağlı Şamaxı İcra Hakimiyyətindən Oxu.Az-a açıqlama verilib.
“Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib”.
Rayonun İcra hakimiyyətindən verilən məlumata görə, digər əməkdaşlar Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən, onlayn şəkildə işlərini davam etdirirlər.
Daha çox xəbər:
Şəkidə karantin rejiminin tələblərinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür
"Onların həbsi ilə bağlı qərar veriblərsə ..." - İcra Hakimiyyətindən açıqlama
Şəkidə icra hakimiyyətinin təşəbbüsü ilə şəhər sakinlərinin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ +VİDEO
Tibbi maskalarla bağlı qərar