Cəmiyyət
SON DƏQİQƏ: Qazaxın bu kəndləri GERİ QAYTARILIR - Bütün DETALLAR AÇILDI
“Rəsmi İrəvan Azərbaycanla dövlət sərhəddinin delimitasiya və demarkasiyasını sakit tərzdə həyata keçirir. Çünki Baş nazir Nikol Paşinyan Azərbaycanla münasibətləri düzəltmək niyyətindədir və bunun üçün müəyyən qədər geri addım atır”.
Azsabah.com xəbər verir ki, bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsadullazadə Qazax istiqamətində sərhəddin demarkasiyasında işğal altında kəndlərin Azərbaycana qaytarılması haqqında danışarkən deyib. O, həmin kəndlərin Azərbaycana qaytarılacağını bildirib:
“N.Paşinyan xalqın narazılığına əhəmiyyət vermir. Qazax istiqamətində sərhəddin demarkasiyasında işğal altında kəndlərin Azərbaycana qaytarılması da mümkün olacaq. Ermənistan hakimiyyəti bu istiqamətdə provakasiyaya getməyə cəhd etmir. N.Paşinyan yaxşı bilir ki, Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə normallaşma siyasətinə qarşıdır. Amma onun əsas istəyi Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməkdir. Həmçinin, N.Paşinyanın planı Ermənistanı regional layihələrə qoşmaq və Qarabağ məsələsini arxa fona keçirməkdir.
Hesab edirəm ki, Ermənistanda Rusiyanın siyasi mövqeyinin zəifləməsi regionda sülhün və təhlükəsizliyin təmin olunması deməkdir”.
Daha çox xəbər:
“Şuşa və Hadrutun geri qaytarılması mümkündür” – Erməni siyasətçi
Paşinyan: “Biz istəyirik ki, Ermənistan qatarları Naxçıvan vasitəsilə İrana getsin”
“Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” Xocavənd, Ağdərə, Xankəndi, Ağdərə...- VİDEO
ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib
Paşinyan başını itirib - Nə edəcəyini bimir