Gündəm
21:32, 10 noyabr 2020
51
0

“Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” Xocavənd, Ağdərə, Xankəndi, Ağdərə...- VİDEO

“Bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır” Xocavənd, Ağdərə, Xankəndi, Ağdərə...- VİDEO
Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciət edib. Müraciətdə Prezident Rusiya prezidenti və Ermənistanın baş naziri ilə imzaladıqları bəyanatdan danışıb, həm də geri qaytarılan yeni torpaqları xalqa elan edib.

Regiitv.az bildirir ki, Hərbi ekspert Şair Ramaldanov Baku TV-yə açıqlamasında dövlət başçılarının qəbul etdiyi bəyanatı şərh edib. Ekspertin sözlərinə görə, bütün Dağlıq Qarabağ Azərbaycana qaytarılır:

“Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də Azərbaycan Dağlıq Qarabağda hər iki icmanın birgə yaşayışını həmişə dəstəkləyib.

Adaptasiya müddəti ərzində Dağlıq Qarabağın bəzi hissələrində Rusiya və Türkiyə sülhməramlı qoşunları sabitliyin qarantı rolunda çıxış edəcək”.

Digər xəbərlər: