Dünya
Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
ABŞ prezidenti Donald Tramp Suriyada “Barış pınarı” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı tətbiq etdikləri sanksiyaları ləğv etmək barədə tapşırıq verib.
TASS xəbər verir ki, Ağ Ev rəhbəri həmçinin başqa ölkələri Türkiyəyə, Suriya ilə sərhəddə nəzarəti gücləndirmək üçün, kömək etməyə çağırıb.
Tramp qeyd edib ki, Vaşinqton onu narazı salan nəsə baş versə sanksiyaları bərpa edə bilər.
Beləliklə, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz və Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb.