Dünya
Qasım Süleymaninin öldürülməsi məsələsi beynəlxalq məhkəməyə çıxarılacaq
İran Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin öldürülməsini beynəlxalq məhkəməyə çıxarmağı planlaşdırır
“Anadolu” agentliyi bu barədə ölkənin Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Muhsin Baharvəndin açıqlamasına istinadla xəbər yayır.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin Ədliyyə, İnqilab Keşikçiləri Ordusu və Kəşfiyyat Nazirliyi ilə “Süleymana qarşı sui-qəsd” ilə əlaqədar araşdırmasının başa çatdığını, təhqiqatın nəticələrini beynəlxalq məhkəmələrə verəcəklərini deyib.
İstintaqın başa çatması üçün İraq və Suriyadakı müvafiq qurumlarla işbirliyinə ehtiyac duyduğunu bildirən Baharvənd bu mövzularda məsləhətləşmələr üçün sözügedən ölkələrə baş çəkə biləcəklərini bildirib.
Daha çox xəbər:
“Süleymaninin qətli bölgədəki gərginliyi və müqavimət gücünü artıracaq”
BMT rəsmisi Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib
Ruhani Süleymaninin ailəsinə baş çəkdi
ABŞ-dan açıqlama gəldi: İran generalının öldürülməsi əmrini Tramp özü verib
İran Süleymaninin qisası ilə bağlı hərbi əməliyyatları dayandırdı