Gündəm
"Sabah": Qazaxıstan, Özbəkistan və Qırğızıstan Azərbaycanın böyük qələbəsinin sevincini yaşayır
Orta Asiya respublikaları təxminən 30 illik erməni işğalından sonra Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azad olunmasını böyük sevinclə qeyd edirlər. Türkiyənin “Sabah” qəzetinin bölgə müxbirləri qardaş Türk dövlətlərində Dağlıq Qarabağ savaşının qurtarması və Azərbaycan dövlətinin böyük qələbəsi ilə bağlı tanınmış simaların fikirlərini öyrəniblər. Özbək politoloq Abduvali Saibnazarov Azərbaycanın 44 günlük hərbi əməliyyatının Azərbaycan sivilizasiyasının beşiyi olan Şuşanın azad edilməsinin qələbəyə səbəb olduğunu bildirib. Analitik əlavə edib ki, bir milyona yaxın Azərbaycan vətəndaşı nəhayət ki, 1988-1994-cü illər arasında qovulduqları evlərinə qayıda biləcəklər.
Azərbaycanın qələbəsində Türkiyənin dəstəyinin vacibliyini vurğulayan Saibnazarov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun “yalnız vəzifələrini formal olaraq yerinə yetirmək üçün danışıqlar apardığını və Bakının tələblərini yerinə yetirə bilmədiyini” vurğulayıb.
Fransa, Rusiya və ABŞ-ın həmsədrlik etdiyi Minsk Qrupu 1992-ci ildə işğal altında olan Dağlıq Qarabağla bağlı Bakı ilə İrəvan arasındakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün yaradılıb, lakin uzun illər heç bir nəticə əldə olunmayıb.
Saibnazarov vurğulayıb ki, Azərbaycan Özbəkistan üçün qardaş ölkədir və Daşkənd lap əvvəldən münaqişənin Bakının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını istəyirdi. Bundan əlavə, o, Rusiya sülhməramlı qüvvələrinin bölgədəki qan tökülməsinin və təxribatların qarşısını alacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, yeni qarşıdurmalar 27 sentyabrda başlayıb və 44 gün davam edib. Bu müddətdə Bakı bir neçə şəhəri və 300-ə yaxın kəndi erməni işğalından azad edib. 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə iki ölkə hərbi əməliyyatları dayandırmaq və hərtərəfli həll yolu tapmaq üçün atəşkəs haqqında anlaşma imzalayıblar. Türkiyə parlamenti bir müddət əvvəl atəşkəs bəyannaməsinə əməl olunmasını izləmək üçün sülhməramlı missiyasını Azərbaycana göndərilməsini təsdiqləyib. Bu mandat Türkiyə qoşunlarının Ankara ilə Moskva arasındakı razılaşmaya əsasən, Azərbaycan ərazindən atəşkəsə riayət olunmasını izləmək üçün verilir. Türkiyəli sülhməramlılar bir il müddətində Azərbaycanda qalacaqlar.
ƏTRAFLI
BOSCH Azerbaijan
Qazaxıstan da Dağlıq Qarabağ bölgəsinin azad edilməsini məmnuniyyətlə qarşılayıb. Qazaxıstanın xəbər saytlarından birinin baş redaktoru Serik Malayev bildirib ki, ATƏT-in Minsk Qrupunun uzunmüddətli uğursuzluğundan sonra Azərbaycan yeganə həll yolu kimi hərbi vasitələrdən uğurla istifadə edib. “Qardaş olduğumuzu unutmamalıyıq. Qazaxıstan xalqı Azərbaycanı qanuni işində dəstəkləyib”, – deyə Malayev qeyd edib.
“Abai.kz” xəbər portalının baş redaktoru Nurgeldi Abdugani də Azərbaycana dəstəyini dilə gətirərək, münaqişənin etibarlı işıqlandırılması üçün bölgəyə bir neçə müxbir göndərildiyini önə çəkib. Dağlıq Qarabağın yer adlarında və tarixi-mədəni tikililərdə qazax xalqına yaxın türk toponimlərinin əks olunduğunu deyən Abdugani Azərbaycanın öz torpaqlarını bərpa etməsinə sevindiyini dilə gətirib.
Azad Qırğızıstan Partiyası sədrinin müavini Aydar Xalikov da Azərbaycanın qələbəsini alqışlayıb və Bişkekin Bakı ilə qardaşlıq münasibətləri saxladığını bildirib. Orta Asiya ölkələri liderlərinin ölkələr arasında əməkdaşlıq və qardaşlıq haqqında fikirlərinin də yaxşılığa doğru dəyişdiyini əlavə edib.
“Sabah” qəzeti, Türkiyə
Tərcümə etdi: KONKRET.az
Daha çox xəbər:
Türkiyənin Xarici İşlər Nazirliyi: “Azərbaycanın yanındayıq”
Makron: "Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zaminlərdəndir"
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır
Azərbaycandan növbəti qələbə - Düşmənin ən yaxın müttəfiqi ağ bayraq qaldırdı - VİDEO