Gündəm
Azərbaycandan növbəti qələbə - Düşmənin ən yaxın müttəfiqi ağ bayraq qaldırdı - VİDEO
Belə bir deyim var: "Axırda hər kəs güclünün tərəfində olur". Elə belə də oldu. İlk gündən deyildiyi kimi, Azərbaycan yalnız Ermənistanla yox, dünya erməniçiliyi ilə mübarizə apardı. Xalq və ordunun Ali Baş Komandanın ətrafında sıx birləşməsi və qüvvələrin səfərbər olunması Azərbaycanın tarixi qələbə qazanmasında əsas pay sahibi oldu. Müharibənin ilk günlərindən Ermənistana həm siyasi, həm də hərbi müstəvidə əlindən gələni ardına qoymayan bir çox ermənipərəst mövqeyi ilə seçilən dövlətlər artıq 44 günlük müharibədən qalib kimi ayrılan Azərbaycanın xeyrinə bəyanatları ilə diqqət çəkməyə başlayıblar.
Belə dövlətlərdən biri də Emmanuel Makronun lideri olduğu Fransadır. 30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin nizamlanması istiqamətində heç nə ilə yadda qalmayan Fransa, davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilməklə yanaşı həmsədr ölkə kimi mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək də verdi. Regionda və Avrasiya məkanında sürətlə dəyişən geosiyasi vəziyyət II Qarabağ Müharibəsi müddətində Ermənistana hərbi-siyasi yardımını əsirgəməyən Fransanın mövqeyində də ciddi dəyişikliklə hiss edildi.
Hazırda dünyanın aparıcı güclərindən birinə çevrilən qardaş Türkiyənin istər müharibə zamanı, istərsə də müharibədən sonra Azərbaycana verdiyi mənəvi dəstək amili isə gücümüzə güc qatdı. Türkiyənin haqqın tərəfində olması strateji müttəfiqinə çevrilən Rusiya ilə Qarabağ və ətraf rayonlarla bağlı mövqelərində ortaq qərara gəlmələrinə səbəb oldu.
Müharibənin ilk günlərindən ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən Rusiyanın münaqişənin tez bir zamanda həllinə nail olmaq üçün göstərdiyi fəallığın əksinə olaraq digər iki həmsədrlər ABŞ və Fransa 30 il müddətində olduğu kimi baş verənləri kənardan müşahidə etməklə vəzifələrini bitmiş hesab etdilər. Cənubi Qafqazda birdən-birə Türkiyə-Rusiya müttəfiqliyinin artdığını görən Fransa və ABŞ-ın həmsədrlər kimi kənarda qalmalarından narahat olmağa başladıqları aydın şəkildə hiss edildi. Hətta bir neçə gün öncə Paris meriyasının qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa hazırlaşması planının da məhz Emmanuel Makronun təşəbbüsü olduğu şübhə doğurmur. Paris meriyasının bu təşəbbüsünün çox keçmədi ki, bir nəbz yoxlaması olduğu təsdiqini tapdı. Belə ki, Fransa 10 noyabr sənədlərinə əsasən Ermənistanın kapitulyasiyasının rəsmiləşməsindən sonra Qarabağ ermənilərinə yardım etmək üçün son çıxış yolunu belə provokativ addımda görsə də hadisələrin Qərbin gözlədiklərindən fərqli məcrada cərəyan etməsi Fransanın da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətində ciddi dəyişikliyə gətirib çıxardı.
Ötən gün Fransa Prezidenti Emmanuel Makronun erməni icması ilə görüşdə ermənilərə "Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən (Azərbaycan) istək yoxdursa, bu məsələyə qarışmayın" deyə bildirməsi onun birdən-birə mövqeyinin niyə dəyişdiyi barədə fikirləşməyimizə əsas verdi. Görünür, işğalçı dövləti dəstəkləməklə çox böyük səhvə yol verdiyini dərk edən Fransa, gec də olsa "demokrtaiyanın beşiyi" kimi nüfuzunu Ermənistana görə ciddi zərbə altında qoymağa dəymədiyini anlayıb. Fransa, eyni zamanda, onu da anlayıb ki, bu gün Avrasiya məkanında əsas söz sahibləri olan və son vaxtlar sürətli şəkildə yaxınlaşan Türkiyə və Rusiyanı qarşısına almaq axmaqlıqdan başqa bir şey deyil. Bu amil Fransanın ermənipərəst mövqeyini müvəqqəti də olsa açıq şəkildə sərgiləməyi dayandırmağa səbəb oldu.
Hazırkı vəziyyətə görə nəticə onu deməyə əsas verir ki, Azərbaycan hərbi meydanda qazandığı tarixi qələbəni siyasi müstəvidə də uğurla davam etdirir. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə Ağdamdan, Kəlbəcərdən, Laçından çıxmayacaqdı. Düşmən bilmədi ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də ruhumuzdur. Bilmədi ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır, dədə-baba torpağına qayıtsın. Prezident İlham Əliyevin dediyi kimi, bütün bu amillər Qələbəmizi şərtləndirdi.

Daha çox xəbər: