Gündəm
Makron: "Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zaminlərdəndir"
"Fransa Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının davam etdirilməsində başlıca zaminlər sırasındadır".
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Şurasının (CCAF) illik qala ziyafəti zamanı bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin həllində Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində vəzifəsini icra etməklə sülh danışıqlarının davam etdirilməsində əsas zaminlərdən biridir”, - o deyib.
Dövlət başçısı həm Ermənistan baş naziri, həm də Azərbaycan Prezidenti ilə təmasda olduğunu qeyd edərək, tərəflər arasında mövcud sürətli əlaqələrin gərginliyi azaltmaq baxımından mühüm amil olduğunu diqqətə çatdırıb.
“Dağlıq Qarabağı münaqişəsinin həll olunmaması Avropada təhlükəsizlik və etimad sisteminin bərqərar edilməsi yolunda əngəldir”, - E.Makron xüsusi vurğulayıb.(report)
Daha çox xəbər:
İlham Əliyev Fransa prezidenti ilə Qarabağ münaqişəsini müzakirə etdi
Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır
Azərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"