Gündəm
11:21, 11 noyabr 2020
64
0

Britaniya Qarabağla bağlı razılaşmaya münasibət bildirdi

Böyük Britaniya Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə olunan razılığı alqışlayır.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər naziri Dominik Raab özünün tvitter hesabında yazıb.

“Onlar daha çox insan itkisinin qarşısını almaq üçün çətin qərarlar veriblər. Bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar” – deyə, nazir bildirib.
Digər xəbərlər: