Dünya
Sergey Markov: “Vladimir Putin münaqişənin məhz hərbi yolla həllinə ehtimal edirdi”
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ehtimalına skeptik yanaşırdı
Bu sözləri Media.Az-a açıqlamasında tanınmış rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitunun direktoru Sergey Markov deyib.
“O, iki tərəfin mövqeləri arasında böyük məsafə, İrəvanın güzəştə getməməsini görürdü. Mən bunu şəxsən onun özündən bilirəm. Vladimir Putin ehtimal edirdi ki, münaqişənin məhz hərbi yolla həlli olacaq. Ancaq istənilən halda Minsk Qrupu hələ saxlanılır. Yəqin ki, qrup Azərbaycana erməni muxtariyyətinin hansısa formalarının beynəlxalq qarantı kimi öz xidmətlərini təklif edəcək. Ancaq Azərbaycan sərt şəkildə bəyan etsə ki, ölkədə ermənilərin həyatını tənzimləmək üçün hər hansı beynəlxalq vasitəçilər olmadan da keçinə bilər, o zaman bəlkə də Minsk qrupunun mövcudluğuna son qoyulacaq”.
Daha çox xəbər: