Dünya
10:57, 06 noyabr 2020
42
0

Səfirlik ABŞ-da yaşayan azərbaycanlılara MÜRACİƏT ETDİ

Səfirlik ABŞ-da yaşayan azərbaycanlılara MÜRACİƏT ETDİ
Azərbaycanın ABŞ-dakı səfirliyi bu ölkədə yaşayan həmyerlilərimizə müraciət edib.

Bununla bağlı səfirliyin rəsmi “Facebook” hesabında məlumat yerləşdirilib.
“ABŞ-da yaşayan soydaşlarımızın və vətəndaşlarımızın diqqətinə! Son günlərdə erməni radikallarının təxribatçı fəaliyyətləri ni, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik. Təhlükə yaradan hallar olduğu təqdirdə yerli mühafizə orqanları və Səfirlik ilə +1 202-560-3583 nömrə vasitəsi ilə əlaqə saxlamağınızı tövsiyyə edirik”, - müraciətdə deyilir.
Digər xəbərlər: