Dünya
Düşmən ən böyük cəza ilə üz-üzə - Planı Paşinyanı MƏHV EDİR
Ermənistan başlatdığı II Qarabağ savaşını davam etdirməkdə də maraqlı olan tərəfdir. Belə olmasaydı, sentyabrın 27-də başlayan döyüşlərdən dərhal sonra müharibənin dayandırılması üçün zəng edib yalvarmadığı dünya lideri, beynəlxalq təşkilat qoymayan Baş nazir Nikol Paşinyan təxminən iki həftə ərzində əldə edilən üç humanitar atəşkəs razılığından saatlar keçməmiş Azərbaycanın əhalinin sıx yaşadığı, döyüş bölgəsi sayılmayan, heç bir hərbi obyektin yerləşmədiyi şəhər və rayonlarını ballistik raket atəşinə tutmaq əmri verməzdi. Düşmənin terrorçuluğu, faşizmi özündə əks etdirən insanlığa qarşı törətdiyi bu hərbi cinayətlər mahiyyət etibarilə heç də 28 il əvvəl Xocalı soqrımından geri qalmır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir, illərdir erməni əhalisində güclü ordu barədə yaradılmış mif dağılır. Artıq 10 minə yaxınlaşan əsgər meyitini sahiblərinə təhvil vermək təhlükəsini gözə alan Paşinyan müharibənin uzanmağında ən maraqlı şəxsdir. Erməni baş nazir bunun üçün məhz hər humanitar atəşkəs razılığından sonra Gəncəni, Bərdəni dəfələrlə ballistik raketlə vuraraq onlarla mülki vətəndaşın, uşaq demədən, yaşlı demədən qətlə yetirilməsinə "uf" demədi. Paşinyan uçurumun kənarında olduğunu yaxşı anlayır. Vəziyyət o həddə çatıb ki, son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, bundan bir gün sonra isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan xəyanətdə ittiham edildikləri üçün vəzifələrindən uzaqlaşdırılıblar.
İdarəçiliyin bərbad həddə olduğunu görən, 2 il əvvəl Paşinyanın nağıllarına aldandıqlarını bu müharibədə daha yaxşı anlayan erməni əhalisi Azərbaycan torpaqlarında ölməmək üçün ələ silah almaqdan imtina edirlər. İnsanların evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparıldıqları ilə bağlı mətbuata xeyli faktlar sızmağa başlayıb. Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fəralilik o həddə çatıb ki, Paşinyan Ermənistanın Ədliyyə nazirinin müavini Vahe Danielyanı oktyabın 28-də vəzifəsindən azad edərək maaşını saxlamaqla cəhbəyə göndərdiyini açıqlayıb. Bu da fərarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, bu adla V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilərə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır. Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür. Bütün bunların fonunda Paşinyan xalqın onu devirəcəyindən bərk qorxuya düşdüyü üçün Azərbaycan torpaqlarında öldürülən hərbçilərinin meyitlərini ailələrinə təhvil verməmək üçün də planlar qurur. Düşmənin belə planlarından biri kimi humanitar atəşkəs zamanı meyitlərin dəyişdirilməsi üçün nəzərdə tutulan razılığı pozmaq cəhdlərini göstərə bilərik. Prezident İlham Əliyevin Rusiyanın İnterfaks agentliyinə müsahibəsi rəsmi İrəvanın iç üzünü, məkirli planlarını bir daha ortaya qoyub.
Ali Baş Komandan Ermənistanın həlak olmuş hərbi qulluqçularının cəsədlərinin çox hissəsinin birtərəfli qaydada Ermənistana verilməsi barədə qərar qəbul etdiyini deyib. Bunun üçün onları maşınlarla sərhəd tərəfə yola saldıqlarını bildirib. Lakin ATƏT-in ofisini, Qırmızı Xaç Komitəsini bu işə cəlb etməsinə rəğmən Ermənistan həlak olmuş insanlarının meyitlərini qəbul etməkdən boyun qaçırıb: "Bu, nə deməkdir, bunu necə izah edəsən? Ümumiyyətlə, bu, hansı insani əxlaq normalarına sığır? Biz hər halda cəsədləri verəcəyik. İndi mülki şəxslərin və həlak olanların cəsədlərinin Gürcüstan ərazisindən çatdırılması üzərində işləyirik. Əgər onlar bu cəsədləri qəbul etməsələr, mən heç bilmirəm nə edək?! Görün, biz kiminlə vuruşuruq. Başa düşürsünüz? Bunu hamı başa düşməlidir. Onların bütün saxta, yalvarış dolu bəyanatlarını da. Onların ah-vayı, ağlamaları - bunlar hamısı yalançı göz yaşlarıdır. Biz onları yaxşı tanıyırıq".
Bəli, prezidentin də qeyd etdiyi kimi biz erməniləri yaxşı tanıyırıq, amma dünya ictimiyyəti də bizdən pis tanımır. Lakin qeyri-konstruktiv mövqeyi, ikili standartları ilə seçilən beynəlxalq təşkilatlar və dünya birliyi Ermənistanın cinayət əməllərinə nələrinsə müqabilində göz yuma bilirlər. Amma Azərbaycanın daha kiminsə onun əvəzinə qərar verməsini, torpaq "azad etməsini" gözləməyə səbri qalmadı. Bu gün hər bir azərbaycanlı amansız, imansız düşmənin layiqli cavabını vermək üçün cəbhədə bir əsgər olmağa hazırdır. Məqam yetişib, qisas zamanıdır./milli.az/
Daha çox xəbər:
Nikol ümid edir ki, düşmən gülməkdən öləcək – Alman ekspert
Paşinyan başını itirib - Nə edəcəyini bimir
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
“Geri çəkilənləri, qaçanları ağır cəzalandıracağıq...”- Paşinyan xalqını təhdid etdi
MN: “Könüllü təslim olmaq istəyən düşmən hərbi qulluqçularına və erməni əhaliyə müraciət edilib”