Dünya
ABŞ sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı
Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı pisləyən bəyanatla çıxış edib, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs bildirib.
"ABŞ bu zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmağa çağırırıq. Ölkələri aralarındakı rabitənin birbaşa kanallarından istifadə etməyə, atəşkəsə ciddi əməl etməyə səsləyirik”, bəyanatda deyilir.
Bəyanatda həmçinin bildirilib ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə sadiq qalır, ATƏT müşahidəçilərinin bölgəyə gətirilməsi vacib hesab edilir.
Daha çox xəbər:
“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır” - Rusiyalı politoloq
Makron: "Fransa Dağlıq Qarabağ üzrə danışıqların davamı üçün əsas zaminlərdəndir"
Mayk Pompeo: “ABŞ Venesueladakı hakimiyyətin dəyişdirilməsinə çalışır”
“Tovuz istiqamətində işğal cəhdi sübut etdi ki, ATƏT-in MQ həmsədrlik insitutu buraxılmalıdır” - Partiya sədri
XİN məlumat yaydı