Cəmiyyət
TƏBİB rəsmisi açıqladı: “Karantin sərtləşdirilə bilər” - VİDEO
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov karantinin yenidən sərtləşəcəyini istisna etmədiyini deyib.
O, "Real” TV-yə müsahibəsində Operativ Qərargahın vaxtaşırı yumşalmalar həyata keçirməsinin sərbəstlikləri və təmasları artırdığını, bunun isə yoluxma sayına təsir etdiyini bildirib:
"Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.
Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.
Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır”.
A.Qurbanovun müsahibəsini bütöv şəkildə təqdim edirik:
Daha çox xəbər:
Qaydalar yumşalır, təhlükə isə qalır: - “Karantindən sonra bu qaydalara əməl olunmalıdır”
"Karantin qaydalarına əməl etməyiblər” – TƏBİB sədrinin qohumları VİRUSA YOLUXDU
Sərt karantin rejimi hər həftəsonu olacaq? - TƏBİB AÇIQLADI
TƏBİB sədrindən yoluxmaların artması ilə bağlı MÜHÜM AÇIQLAMA
Karantin rejiminin hansı halda sərtləşdiriləcəyi açıqlandı - RƏSMİ