Sosial
22:15, 29 may 2020
71
0

TƏBİB sədrindən yoluxmaların artması ilə bağlı MÜHÜM AÇIQLAMA

TƏBİB sədrindən yoluxmaların artması ilə bağlı MÜHÜM AÇIQLAMA
“Ötən həftə 848 nəfərdə koronavirus aşkarlanıb. Ondan öncəki həftədə 755 nəfərdə yoluxma müəyyən edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr qeyd edib ki, bu həftənin əvvəlindən başlayaraq, bu günə qədər 867 yoluxma faktı aşkar edilib:

“27 maydan məhdudiyyətlər aradan qalxıdıqdan sonra yoluxma sayları artır. Məhdudiyyətlər aradan qalxdıqca, təmas baş verir, 7-10 gün ərzində simptomatik əlamətlər olur və təcili yardıma çağırışlar artır”.

“Vətəndaşların qaydalara əməl etməməsi ilə əlaqədar artım müşahidə edilir. Biz sərt karantin rejimində qala bilmərik”, - deyə, R.Bayramlı qeyd edib.
Digər xəbərlər: