Cəmiyyət
16:20, 12 aprel 2020
52
0

"Koronavirusu 48 saat içində məhv edən dərman tapmışıq"

"Koronavirusu 48 saat içində məhv edən dərman tapmışıq"
Avstraliyalı araşdırmaçılar bu qənaətə gəliblər ki, parazitlərə qarşı tibdə istifadə edilən "ivermektin" preparatı hüceyrələrdə SARS-CoV-2 virusunun çoxalmasının qarşısını ala bilər.
"Antiviral Research" jurnalı yazır ki, onun bir dozası 48 saat ərzində virusun RNT-ni orqanizmdə məhv edə, 24 saat ərzində isə xeyli azalda bilər.
Araşdırma qrupunun rəhbəri Kayli Vaqstaf dərmanın həm parazitlərə, həm də viruslara qarşı yaxşı nəticələr göstərdiyini qeyd edib.
Hazırda lazım olan dozanın miqdarının müəyyən edilməsi üçün preparat insanlar üzərində sınaqdan keçirilməlidir.


Alimlər araşdırmanın davam etdirilməsi üçün vəsait axtarır.
Digər xəbərlər: