Hadisə
13:40, 30 avqust 2020
69
0

Bakıda motosiklet piyada keçidində gənci vurdu

Bakıda motosiklet piyada keçidində gənci vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonu, Şərifzadə prospektində qeydə alınıb.

Yolu keçən 1993-cü il təvəllüdlü Ağayev Faiq Aqil oğlunu motosiklet vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: