Mədəniyyət
16:00, 06 iyul 2020
54
0

Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı

Həkim Bəhram Bağırzadənin son vəziyyətindən danışdı
“Əməkdar artist Bəhram Bağırzadənin ağciyərlərinin vəziyyətində yaxşılaşma var”.

Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, Bəhram Bağırzadənin bu günə olan ümumi vəziyyəti ağır olaraq qalır:

“Bəhram Bağırzadənin huşu aydındır. Tənəffüsü süni ventilyasiya aparatı vasitəsilə tənzimlənir. Bədən hərarəti isə subfebril rəqəmlərdədir. Bu gün aparılan rentgen zamanı ağciyərlərin vəziyyətində əhəmiyyətli dərəcədə yaxşılaşma müşahidə edilib.

Hazırda ikincili bakterial infeksiyanın qoşulması ilə mübarizə aparılır. Buna uyğun olaraq müvafiq təyinatlarda dəyişiklik aparılıb”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadə iyulun 2-də komadan ayılıb.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.
Digər xəbərlər: