Cəmiyyət
17:17, 15 iyun 2020
79
0

Həyat yoldaşı: “Bəhram Bağırzadənin vəziyyəti sabitdir, amma yaxşı deyil"

Həyat yoldaşı: “Bəhram Bağırzadənin vəziyyəti sabitdir, amma yaxşı deyil"
Bəhram Bağırzadənin vəziyyəti dünəndən bəri sabitləşib, amma yaxşılaşmayıb, bunu əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə APA agentliyinə bildirib.

"Hazırda durumu stabildir. Sadəcə dua edirik ki, səhhəti düzəlsin”, deyə o, bildirib.

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Digər xəbərlər: