Mədəniyyət
11:45, 15 iyun 2020
78
0

Deputat: “Tez sağal, Bəhram!”

Deputat: “Tez sağal, Bəhram!”
“Bəhram Bağırzadənin ağır formada koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilməsi xəbərindən pis oldum”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə sosial şəbəkə hesabında yazıb.

Millət vəkili qeyd edib ki, KVN dalğasında tanınan bu insan hər zaman pozitiv, insansevər və vətənpərvər çıxışları ilə xalqın sevimlisinə çevrilə bilib.

“Tez sağal, Bəhram! Dualarımız səninlədir”, - deyə A.Mirzəzadə əlavə edib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti kəskin pisləşib. O, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90 faizdən çox ağciyər toxumasının zədələndiyi müəyyən olunub.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.
Digər xəbərlər: