Cəmiyyət
Koronavirusa yoluxan xəstənin yaxınları danışdı - MÜSAHİBƏ
Mətanət Həsənova COVİD-19-a yoluxan vətəndaşlardan biridir. Onun 57 yaşı var. O, Qəbələdə yaşayır. Amma mayın 29-da xəstə Ağsu xəstəxanasına yerləşdirilib. Şahnaz Həsənova koronavirusla mübarizə aparan xalasının durumu ilə bağlı Anews.az-a müsahibə verib.
- Xalanızda ilk olaraq COVİD-19 virusunu özündə necə aşkar edildi?
- Xalam artıq 2-3 həftə idi ki, xəstə idi. Ailəsi ilk öncə adi qripə yoluxduğunu zənn etmişdilər. Qızdırma, halsızılıq və zəif öskürək var idi.
Onların yaşadığı məhəllədə bir neçə nəfərdə COVİD-19 virusu aşkarlanmışdı. Buna görə də həkimlər onların məhəlləsinə davamlı gəlib, sakinlərdən analiz götürürdülər. Bir gün xalamdan da qonşularla birgə analiz götürüldü. Məlum oldu ki,xalanın da testinin nəticəsi müsbət çıxıb. Xala Qəbələdə yaşasa da, müalicə üçün Ağsuya aparılıb. Hazırda vəziyyəti orta sabitdir. Yenə yüngül öskürək var, amma nəfəs almasında hələ problem yoxdur. Bəzən qızdırması və qan təzyiqi artır.
- Xəstəxanaya yerləşdirilməzdən öncə ev üsulu müalicəyə cəhd etmişdimi?
- Xala xəstəlik əlamətlərini özünü hiss edəndə bunu qrip və soyuqdəymə kimi qiymətləndirmişdi. Buna görə də dədə-baba üsulu ilə, yəni mürəbbə-isti çayla özünü müalicə etməyə çalışırdı.
Virus aşkarlandıqdan sonra xalanızla bərabər digər qohumlarınız da karantinə alındımı?
- Xalada testin nəticəsi müsbət çıxandan sonra, xalamın yoldaşı və oğlundan da test götürdülər. Amma onlarda testin nəticəsi neqativ çıxdığına görə, onlar karantinə alınmadı. Amma həyat yoldaşı 2-3 həftə öncə adi qrip keçirtmişdi. Xala oğlunun isə 17 yaşı var və onun testinin neqativ çıxması da bizə maraqlı gəlirdi. Bir də məhəllənin əksər sakinlərindən analiz götürülmüşdü deyə yenidən qonşuları yoxlamadılar.
Dediyiniz kimi Mətanət xanım Qəbələdə yaşayırdı. Bəs niyə müalicə üçün Ağsuya aparıldı?
- Qəbələnin Zaragan kəndində "Qaçqınlar şəhərçiyi" adlı ərazisi var. Hansıki orada bu virus kütləşilib və polis işçiləri tərəfindən tam nəzarətə götürülüb. Məhəllədəki koronavirusa yoluxan insanlar Ağsu, Balakən və Qobustan xəstəxanalarına yerləşdiriliblər. Mənim xalam da Ağsu xəstəxanasında müalicə alır.
- Hazırda xalanızın müalicəsi necə gedir? Hazırki şəraitdən razıdırmı?
- Xalam aldığı müalicəsindən razıdır. Yəni xəsətxananın şəraiti, qidalanma yaxşı səviyyədədir.
- Hazırda əksər vətəndaşlarımız virusa inanmır. Buna görə də nə özlərini, nə də ətrafındakı insanları qoruyurlar. Onlara nə tövsiyə edərdiniz?
- Tövsiyəm odur ki, insanlarımız bu virusu ciddiyə alsınlar. Ən azından özlərinin sağlam olduqlarına əmin olmaq üçün test etdirsinlər. Qapalı yerlərdə maska taxsınlar, əllərini tez-tez yusunlar, spirtləsinlər. Bu xəstəlik var və adamı bilmədiyi bir məqamda haqlayır.
Daha çox xəbər:
Ceyhun İsmayılzadə: “Bütün çətinliklərə baxmayaraq, bizim üçün ən vacib insan həyatıdır” - MÜSAHİBƏ
Xalq artisti həyat yoldaşının ölümündən danışdı: “1 il idi xəstə idi” - VİDEO
ABŞ-da koronavirusa yoluxan azərbaycanlılar var - VİDEO
İşğal olunmuş Qarabağda COVID-19-a yoluxma partlayışı baş verəcək - MÜSAHİBƏ
Tanınmış jurnalist Əmrah Fəqanoğlu COVID-19-dan vəfat edib