Sosial
Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”
“Nə dövlət, nə ölkə başçısı istəməz ki, karantin rejiminin müddəti uzadılsın. Bu, iqtisadi və bütün resursların bir istiqamətə səfərbər edilməsi baxımından ölkəmizə problem yaradır”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Sədr bildirib ki, biz vətəndaş olaraq məsuliyyətimizi dərk etməliyik:
“Biz pandemiya dövrünü uğurla başa çatdırmalıyıq. Bu isə bizim üzərimizə düşür. Dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib və yetirəcək”.
O həmçinin qeyd edib ki, ictimai nəqliyyatdan istifadə edərkən maska taxılmalıdır:
“Evə gələrkən yaxınlarımızla görüşməmişdən öncə əllərimizi yumalıyıq. Bunları etməliyik ki, qısa zamanda karantin rejimindən çıxaq və normal həyatımıza qayıdaq”.
Daha çox xəbər:
Arxayınlaşmayın, daha da məsuliyyətli olun – ŞƏRH
Karantin rejiminin hansı halda sərtləşdiriləcəyi açıqlandı - RƏSMİ
TƏBİB sədrindən yoluxmaların artması ilə bağlı MÜHÜM AÇIQLAMA
Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
Ölkədə gün ərzində 100 min maska satılır - İbrahim Məmmədov