Hadisə
12:56, 23 may 2020
43
0

Çoxuşaqlı anaya bütün gecə ölümcül işgəncə edildi, qonşular haraya gəlmədi

Çoxuşaqlı anaya bütün gecə ölümcül işgəncə edildi, qonşular haraya gəlmədi
Rusiyanın Sankt-Peterburq şəhərində qəddarlığı ilə hər kəsi şoka salan dəhşətli hadisə baş verib. Belə ki, çoxuşaqlı ana Lidiya Kuxa vətəndaş nikahında olduğu əri tərəfindən bütün gecə boyunca döyülüb, 24 saat yardım gözləyib və xəstəxanada ölüb.

Bu barədə REN TV xəbər yayıb.

Məlumata görə, beş uşaq anası olan Lidiyanın 12 il bir yerdə yaşadığı əri ona hücum edib və tava ilə dəfələrlə başına zərbə endirib.

“VKontakte” sosial şəbəkəsində Lidiyanın qardaşı bildirib ki, qonşular səhərə qədər onun qışqırığını eşidiblər.

Qonşudan niyə polis çağırmadığını soruşduqda isə belə şeylərə öyrəşdiyini və onun üçün fərqi olmadığını deyib.

Ertəsi gün zərərçəkən qadının uşaqları qonşuya gedərək yemək istəyiblər və analarının xəstə olduğu üçün onlara yemək verə bilmədiyini deyiblər.

“Qonşu uşaqları yedizdirdikdən sonra, onları evlərinə aparıb və Lidiyanı görüb. Ev tamamilə darmadağın halda olub, linoleum cırılıb, bəzi yerlərdə laminat qopub, bütün əşyalar dağılıb, şkaflar sınıb. Lidiya yerdə başı çarpayının altında uzanmış vəziyyətdə olub”, - deyə qadının qardaşı yazıb.

Lidiya xəstəxanaya ancaq növbəti gün gecə vaxtı aparılıb. Onda çoxsaylı baş-beyin travması müəyyən edilib. Yaralar ölümcül olub. Bir gün sonra qadın dünyasını dəyişib.

Qadının bir yerdə yaşadığı Pavel Sinkiyenko əvvəlcə gizlənsə də, sonradan saxlanılıb. Bununla belə, bir neçə gün sonra girov müqabilində azadlığa buraxılıb.

Lidiyanın qardaşı hüquq-mühafizə orqanlarının hələ də bu məsələ ilə bağlı cinayət işi qaldırmadığını deyərək, obyektiv və tam araşdırma üçün kömək istəyib.
Digər xəbərlər: