Dünya
Polislər oğurlanmış uşaqları tapmaq üçün fəhləlik etdilər
Türkiyənin Antalya şəhərinin polisləri atası tərəfindən qaçırılan uşaqları tapıb.
“Milliyet”in xəbərinə görə, Dənizlidə yaşayan rus Yekaterina Yefimova və türk əri Bəkir A. yola getmədikləri üçün ayrılmaq qərarına gəliblər.
Boşanma ərəfəsində olan ər beş yaşlı İrmak Liona və dörd yaşlı Edqar adlı iki uşağını qaçırıb.
Ananın müraciətindən sonra polislər uşaqların yerini müəyyən etmək üçün onların atalarına məxsus bağlarda, tarlalarda müvəqqəti işə başlayıblar.
Qalmağa yerlərinin olmadığını deyən polisləri Bəkir uşaqlarını gizlətdiyi evə aparıb.
Məlum olub ki, ata uşaqlarını Pamukkale rayonunda suriyalı ailənin yanında gizlədib.
Faysal Məhəmməd, Senal Məhəmməd adlı cütlük və uşaqların atası polis tərəfindən nəzarətə götürülüb.
Onların istintaq müddətində azadlıqda qalmasına qərar verilib.
Artıq ümidini itirib Rusiyaya gedən anaya xəbər verilib. Türkiyəyə qayıdanda uşaqlar analarına veriləcək.(oxu.az)
Daha çox xəbər:
Ataları tərəfindən sığınacağa verilən üç körpə: “Üç gün ac qalıb, su ilə dolanıblar”
Ana beş uşağını evdə qoyub bir neçə günlük bağ evinə getdi, körpələrin imdadına qonşular çatdı
Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTO
Ərdən arvadına qarşı BİABIRÇI HƏRƏKƏT: 5 kişiyə satdı, sonra...
Bakıda qadın uşaqları oğurlamaq istəyir? - Polis araşdırmalara başladı - FOTO