Cəmiyyət
DİN-dən iş adamının silahının itməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus tüfəngin itməsi barədə məlumata münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib.
Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.
Daha çox xəbər:
Rayondan gələnlərin 25 manata Bakıya buraxılması xəbərinə - DİN-dən münasibət
Azərbaycanda YPX avtomobili polis əməkdaşını vuraraq öldürüb - Rəsmi
DİN-dən sosial şəbəkələrdə yayılan bu fotolarla bağlı AÇIQLAMA
Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı
Ağstafada iki nəfəri bıçaqlayan şəxs saxlanılıb