Cəmiyyət
21:46, 11 avqust 2020
86
0

DİN-dən sosial şəbəkələrdə yayılan bu fotolarla bağlı AÇIQLAMA

DİN-dən sosial şəbəkələrdə yayılan bu fotolarla bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan və "Bandotdel”in istintaqında insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolarla bağlı münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Anews.az-a bildirilib ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır:

"Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.
Digər xəbərlər: