Hadisə
11:29, 07 may 2020
74
0

Qaxda 29 yaşlı kişi qonşusu tərəfindən döyüldü

Qaxda 29 yaşlı kişi qonşusu tərəfindən döyüldü
Qaxda 29 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb.

APA-nın məlumatına görə, ötən gün axşam saat 22:00 radələrində rayonun Əlibəyli kənd sakini, 1991-ci il təvəllüdlü Vaxtanqi Canaşvili bədəninin yumşaq toxumalarının əziyi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı Vaxtanqi Canaşvili qonşusu tərəfindən döyüldüyünü bildirib. Onun müayinə və müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: