Hadisə
12:17, 27 iyun 2020
58
0

Qaxda 28 yaşlı 3 uşaq anası intihar edib

Qaxda 28 yaşlı 3 uşaq anası intihar edib
Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.

Üç uşaq anası olan F.Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(apa.az)
Digər xəbərlər: