Hadisə
10:44, 25 oktyabr 2019
58
0

Binəqədidə 25 yaşlı gənci qonşusu bıçaqladı

Binəqədidə 25 yaşlı gənci qonşusu bıçaqladı
Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə “Baksol” adlanan ərazidə qeydə alınıb.

1994-cü il təvəllüdlü Turqut Qafurov qonşusu ilə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Digər xəbərlər: