İdman
Tokio Olimpiya Oyunlarının vaxtı yenidən dəyişdirilə bilər
Bu il Tokioda keçirilməli olan, lakin koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Yay Olimpiya Oyunları iyulun 23-də start götürəcək. Təşkilat Komitəsinin rəhbəri Tosiro Muto Oyunların keçirilmə vaxtının yenidən köçürülməsini təklif edib.
Bu barədə “TMZ Sports” yazır.
“Oyunların keçirilməsi ilə bağlı dəqiq cavab verə bilmirik”, - deyə Muto qeyd edib.
Bununla yanaşı, Təşkilat Komitəsi Olimpiadaya hazırlaşmaqda davam edir. Onun alternativi məsələsi hələlik qaldırılmır.
Həmçinin, hökumət oyunların mümkün ləğvi nəticəsində vurulacaq zərərin əvəzini ödəmək üçün bir neçə sığorta polisi ayırıb.
Daha çox xəbər:
5-ci İslam Həmrəylik Oyunlarının tarixinin dəyişdirilməsi müzakirələrinə Könül Nurullayeva da qatılıb
Boks üzrə Avropa Olimpiya Təsnifat Turniri dayandırılır
İdmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi
İki yığma Tokio Olimpiadasına buraxılmayacaq
“Test sualları dəyişdirilə bilər” - Akademik İsa Həbibbəyli ilə MÜSAHİBƏ