Cəmiyyət
"Səhhətimdəki nasazlıq, qan təzyiqi darıxmağı da bizə unutdurur" - Ayaz Mütəllibov
“1990-cı illərin əvvəllərində Azərbaycan xalqı müstəqilliyinin bərpası yolunda çox çətin sınaqlardan keçib. Və kimliyindən asılı olmayaraq bu işdə zəhməti, rolu olan insanları unutmaq olmaz”.
Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının birinci Prezidenti Ayaz Mütəllibov söyləyib.
“O illər bütün ziddiyyətləri, mürəkkəblikləri və səhvləri ilə birlikdə tariximizin parlaq səhifələridir. Və müstəqilliyimizin ilk, ən ağır illərinin işıqlandırılması da, yaddaşlardan silinməməsi də çox vacib məsələdir. Bu işdə ən böyük yük, təbii ki, mətbuatın, saytların, telekanalların üzərinə düşür. Bu mənada dünyamız, ölkəmiz üçün bu ağır pandemiya, karantin günlərində də Qarabağ mövzusu ilə yanaşı, yaxın tariximizin parlaq səhifələrini də işıqlandıraraq gündəmdə saxladığına görə Moderator.az saytının rəhbəri və əməkdaşlarına dərin təşəkkürümü bildirir, işlərində, yaradıcılıqlarında yeni-yeni uğurlar diləyirəm”- deyə sabiq dövlət başçısı ürək sözlərini çatdırıb.
“Karantin günlərində darıxmırsız ki?” sualını isə Ayaz Mütəllibov belə cavablandırıb:
“Doğrusu, heç səhhətimdəki nasazlıq, qan təzyiqi darıxmağı da bizə unutdurur. Şükür Allaha ki, yaşayırıq. Azərbaycan dövlətinin, xalqının bu ümumdünya bəlasıyla ləyaqətli mübarizəsinin də şahidi oluruq... Təbii, səhhətim imkan verəndə mütaliə də edirəm, saytlara da baxıram. Sizin saytı da mümkün olduqca izləyirəm. İnşallah, dünyamız da, səhhətimiz də qaydasına düşər, yenə daha geniş açıqlamalar, müsahibələr verərik...”
Daha çox xəbər:
“McDonald’s Azərbaycan” on minlərlə pulsuz yemək dəstləri ilə karantində olan insanları dəstəklədi - VİDEO
Bu nazirliyin sözçüsü istefa verdi- FOTO
Ulu öndər Heydər Əliyevin kövrəldiyi anlar...
"Azərbaycan polisi yeganə təşkilatdır ki, onun iş vaxtı yoxdur" - deputat
Azərbaycanda ilk dəfə smartfonlar üçün sənədli serial təqdim olundu - VİDEO