Cəmiyyət
10:38, 03 iyul 2020
81
0

"Azərbaycan polisi yeganə təşkilatdır ki, onun iş vaxtı yoxdur" - deputat

"Azərbaycan polisi yeganə təşkilatdır ki, onun iş vaxtı yoxdur" - deputat
“Min altı yüz nəfər polisimiz Qarabağ savaşında şəhid olub, min yeddi yüz nəfəri isə yaralanıb. Bildiyimiz qədəriylə altmış yeddi Milli Qəhrəmanı var. Yəni Azərbaycan polisi həmişə vəzifəsini ləqayətlə yerinə yetirib”

Bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. A.Abbas Polis Günü münasibətilə bütün polis əməkdaşlarını təbrik edib.

“Azərbaycan polisi həm sovet dönəmində normal işləyib, həm də müstəqillik qazanandan sonra da Azərbaycan polisinin bu millətin, bu dövlətin, ictimai asayişin qorunmasında həmişə fəaliyyəti yüksək olub. Min altı yüz nəfər polisimiz Qarabağ savaşında şəhid olub, min yeddi yüz nəfəri isə yaralanıb. Bildiyimiz qədəriylə altmış yeddi Milli Qəhrəmanı var. Yəni Azərbaycan polisi həmişə vəzifəsini ləqayətlə yerinə yetirib. Təbii ki, içlərində naxələfləri də olub və onlar da zaman-zaman daxili işlər orqanlarından atılıb. Keçmiş SSR-i məkanında ən az cinayət Azərbaycanda törədilirdi və vaxtında da üstü açılırdı. Yəni Azərbaycan ən sabit ölkə sayılırdı. Bundan başqa pandemiyayla da bağlı siz polisin fədakarlığını görürsünüz. 30-35 dərəcədə istidə saatlarla yolda dayanmaq, xidmət etmək çətin işdi. O əlcəyi əlinizə taxandan yarım saat sonra əlinizdə saxlaya bilməzsiniz, amma onlar gecə-gündüz əlcəyi əllərindən çıxarmırlar. Azərbaycan polisi yeganə təşkilatdır ki, onun iş vaxtı yoxdur. Bəzən 12-16 saat iş başındadır. Polisin işi çox çətin və ağır işdir, Azərbaycan polisi də bunun öhdəsindən layiqincə gəlir. “Ədalət” qəzeti otuz ildir ki, polislə bir yerdə işləyir və polisin fəaliyyətini həmişə işıqlandırıb. Səhv etmirəmsə, doxsan nəfərə qədər polisimiz isə bu illər ərzində cinayətkarlıqla mübarizədə həlak olub. Mən həmişə polisin tərəfində olan, onun mətbəxinə, işinə bələd olan adamam. Azərbaycan polisini başda cənab nazir Vilayət Eyvazov olmaqla ürəkdən təbrik edirəm və bilirəm ki, vəzifələrini həmişə ləyaqətlə yerinə yetirəcəklər”.
Digər xəbərlər: