Cəmiyyət
“McDonald’s Azərbaycan” on minlərlə pulsuz yemək dəstləri ilə karantində olan insanları dəstəklədi - VİDEO
Mart ayının 25-dən mayın 17-nə qədər “McDonald’s Azərbaycan” şirkəti tərəfindən karantində olan insanların yerləşdiyi bir sıra paytaxt obyektlərinə gündəlik olaraq burger, frenç-frayz, içki və digər məhsullardan ibarət pulsuz yemək dəstləri göndərilib. Qeyd olunan dövr ərzində 379 069 AZN məbləğinə ekvivalent olan 41 572 yemək dəsti ianə edilib.
Xeyriyyə aksiyasının əsas məqsədi həyatının çətin mərhələsində olan vətəndaşlarımıza dəstək olmaq idi. “McDonald’s” tərəfindən təşkil edilmiş aksiya karantində qalan insanlar tərəfindən çox sayda müsbət rəy alıb. Sevimli “McDonald’s” brendindən hədiyyə alan bir çox insanlar sosial şəbəkələrdə pozitiv fotolarla və təşəkkür statusları ilə paylaşımlar ediblər.
“McDonald’s Azərbaycan” bütün səhiyyə, FHN əməkdaşlarına və operativ qərargahın nəzdində tibb bölmələrinin bütün əməkdaşlarına ölkənin rifahı, həmvətənlərimizin təhlükəsizliyi və sağlamlığı üçün gecə-gündüz qəhrəmancasına çalışan digər insanlara öz minnətdarlığını bildirir. Bu mürəkkəb zamanda həmrəylik və mənəvi dəstək hər bir vətəndaş üçün çox vacib amillərdəndir. Biz hər kəsə möhkəm can sağlığı arzu edir və ümidvarıq ki, hazırda xəstəxanalarda və karantində olan insanlar ən yaxın zamanda öz evlərinə, doğmalarının yanına qayıdacaq.
Daha çox xəbər: