Cəmiyyət
Deputat parlamentə Qırmızı Ordunun Azərbaycanı işğal etməsi barədə qərar layihəsi təqdim etdi
Deputat Fazil Mustafa Milli Məclisə qərar layihəsi təqdim edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə parlamentin iclasında F.Mustafa özü məlumat verib.
O deyib ki, qərar layihəsi Azərbaycanın 1920-ci ilin 28 aprelində Qırmızı Ordu tərəfindən işğalı ilə bağlıdır.
“Qərar layihəsində qeyd etmişəm ki, Azərbaycanın işğalı zamanı Yalamada şəhid olan 300 nəfərin adı əbədiləşdirilsin.
Digər təklifim isə bundan ibarətdir ki, Məhəmməd Əmin Rəsulzadənin Bakıda yaşadığı sonuncu binada ev muzeyi yaradılsın”, - deyə F.Mustafa əlavə edib.
Daha çox xəbər:
Deputat: BP büdcəyə nə qədər vəsait ödəyir?
Deputat: “Azərbaycan belə şirkətlərə sanksiyalar tətbiq etməlidir” - ÖZƏL
Müğənni Mustafa Sandal bu ilin yanvarından eşq yaşamağa başladığı model sevgilisi Melis Sütşurup ilə ilk dəfə əl-ələ görüntülənib.
Siyavuş Novruzov: Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı