İqtisadiyyat
Dünən neft bazarında əslində nə baş verib? - QORXMAĞA DƏYƏRMİ?
Hasil edilən nefti hara yığmalı? Onu hətta dənizdə saxlamağa çalışırlar. Bir barrel neft mənfi 40 dollar olub. Dünyada hələ belə bir neft qiyməti görülməyib (əgər buna qiymət deyə biləriksə). Neft satıcıları bundan narahat olmalıdırmı? Bəlkə neft alıcılarının kefidir? Onlar avtomobillərini havayı yanacaqla doldura, yol sala və ya evlərini pulsuz qızdıra biləcəklərmi?
Buna inanmağa dəyməz. Amerikada neftin qiymətinin mənfiyə düşməsini real həyatla az əlaqəli olan texniki bir uğursuzluq, maliyyə fırıldağı adlandırmaq olar. Yanacaqdoldurma məntəqəsində heç kim sizə pulsuz benzin satmayacaq və ya yanacaq aldığınız üçün lavə pul verməyəcəkdir.
Neftin qiyməti bizə gülünc görünsə də o, yenə əvvəlki dəyərindədir. Digər ölkələrin neftlərinin qiymətinin asılı olduğu dünyanın iki ən əsas neft sortunun dəyəri iki gün olduu kimi eyni dərəcədə qalmaqdadır. AbŞ-ın texa nefti (WTI) iyun ayında çatdırılma şərti ilə yenə 22 dollara, Avropanın Brent markalı nefti isə eyni şərt ilə 26 dollara satılır.
Bir barrel üçün mənfi 40 dollara satılan neft isə artıq yoxdur. Mənfiyə düşmüş qiymət fyuçerslərə - neft bağlı maliyyə alətinə, yəni müəyyən bir zaman kəsiyində xammal tədarükünü nəzərdə tutan müqaviləyə aid idi.
Bəs əslində nə baş verib?
Fyuçers müqaviləsi may ayı üçün nəzərdə tutulmuşdu və onun müddəti aprelin 21-də, yəni çərşənbə axşamı bitdi. Müqavilənin bitməyinə bir gün qalmış neft heç kimə lazım olmadığı üçün investorlar istənilən qiymətə ondan can qurtarmağa çalışdılar.
İstənilən qiymət mənfi olmalı idi.
Nefti yığmağa yer olmadığından onlar artıq müqavilə bağladıqları neft istehsalçılarına əlavə pul verməyə hazır idilər. Əks halda nefti Texasda alıb Kuşinqdəki ən yaxın anbar yükləmək məcburiyyətində qalacaqdılar. Tərslikdən orada bütün rezervuarlar dolu idi.
Bu dəfə kimsə neftin bir barrelinin 10 dollardan aşağı ola biləcəyinə qarşı qiymət qoyub.
Bu "kimsə" bir barreli şərti 25 dollar olan may müqaviləsinin alıcılarına hər barrel üçün 3 dollar cərimə ödəməklə iyun müqaviləsi üzrə nefti 22 dollara almağa imkan vermədi. Onlar müqaviləni satmayacaqlarında və yükü çatdırmağa hazır olduqlarında israrlı idilər.
Amma buna heç kim razılıq verməmişdi. Adamlar əmtəəlik nefə yox maliyyə müqaviləsinə imza atmışdılar. Nəticədə may fyuçerslərinin sahibləri onlardan qurtulmaq üçün əlavə pul ödəməyə razı oldular, çünki neftin ixracı və saxlanması üçün daha çox pul verməli olacaqlar.
Neft həddindən artıq çox idi.
İstənilən hər hansı başqa bir durumda çərşənbə axşamı günü bitmiş may müqavilələrinin sahibləri onlara təklifi olan fiziki neft həcmlərini emal etdirə və neft məhsulları şəklində sata bilərdi. Amma koronavirusdan üzülmüş durumda olan dünya iqtisadiyyatı vəziyyətində bu mümkün deyildi.
Tankerlər indi daşınma üçün deyil, neftin saxlanması üçün istifadə olunur - qiymət artımını gözləyən ABŞ bazarında "qara bazar ertəsi" neftə tələbat dünyada iqtisadi fəallığın azaldığı, özü də 30% azaldığı bir zamanda baş verirdi.
Buna cavab olaraq Rusiya və OPEC ölkələri bazara neft çıxarılmasını təxminən 10% azaltdılar.Amma bu azalma yalnız mayda olacaq. Amma hətta onda da bazardakı neftin təxminən 20%-i artıq olacaq. Bazada neft artıqlığının qarşısını almaq üçün nefti anbarlarda yığmaq lazımdır. Anbarlarda isə yer yoxdur.
YEr kürəsində olan neft anbarlarının dörddə üçü doludur. Boş olan 1 milyarda yaxın yer əslində dünyanın böhrana qədərki gündəlik 100 milyon barrelə yaxın neftə tələbatından 10 dəfə çoxdur. Amma koronavirus pandemiyası səbəbindən neftə tələbat 30% aşağı düşüb. Bu isə o deməkdir ki, neft satıcıları, neft emalı zavıdları və dövlətlərə gündə 30 milyon barrel nefti harasa yığmaq lazımdır. Anbarlarda imkan onlara bunu bir ay, maksimum 1,6 ay etməyə imkan verəcək.
Sinqapur və ABŞ kimi əsas bazarlarda neft anbarlarının qiyməti iki dəfə artıb. Qiymətlərin düşməsi səbəbindən təxminən üç milyard barrel neft quruda saxlanıldığından, ticarətçilər nefti dənizdə, neftin daşınması üçün istifadə olunan tankerlərdə saxlamağa başlayıblar.
Reuters agentliyi bildirir ki, bir neçə həftə ərzində heç bir yerə getməyən tankerlərdə saxlanılan neftin həcmi iki dəfə artaraq 160 milyon barrelə çatıb.
Hər birinin daşıma qabiliyyəti 2 milyon barelə qədər olan 50-dən çox supertanker dənizdə lövbər salıb. Dünyada belə 770 tanker var.
Çin limanında supertanker
Bu, 2009-cu ilin maliyyə böhranından bu yana dünyaya belə bir hadisə baş verməmişdi. Ancaq o zaman da dənizdə yalnız 100 milyon barrel neft saxlanılırdı.
Aleksey Kalmıkov
(BBC)
Daha çox xəbər: