İqtisadiyyat
00:00, 27 aprel 2019
77
0

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 77,23 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,52 dollar/barel çoxdur.

BEŞ.AZ[s][/s] xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,07 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 74,31 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.
Digər xəbərlər: