İqtisadiyyat
Neft və qazın ucuzlaşması davam edir
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,49% azalaraq 1 barelə görə 59,41 dollar təşkil edib.
Regiitv.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekarda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,79% azalaraq 54,05 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də azalıb.
Məlumata görə, noyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,22% azalaraq 2,272ABŞ dolları təşkil edib.