Hadisə
Damda qumar oynayanlar saxlanıldı
Astarada polis damda qumar oynayanları saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndinin sakini olan 6 nəfərin yaşadıqları kənddə hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar olunub.
Xüsusi karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib.
Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.