Cəmiyyət
13:09, 11 aprel 2020
43
0

Jurnalist inzibati qaydada həbs olunub

Jurnalist inzibati qaydada həbs olunub
Aprelin 9-da "7 gun.az" xəbər saytının əməkdaşı Natiq İsbatov və Azel TV saytın əməkdaşı Sevinc Sadıqova Abşeron Rayon Məşğuluq Mərkəzinin qarşında etiraz aksiyasını çəkiliş edərkən polis tərəfindən saxlanılıblar.

Bu barədə Turana "7 gun.az" xəbər saytın redaksiyasından məlumat verilib.

Məlumata görə jurnalistlərin ikisi də Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Sadıqova iki saatda sonra sərbəst buraxılsa da İsbatov haqqında İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əlehinə karantin qaydalarını pozma) və 535-ci (polisə müqavimət) maddələri ilə protokol tərtib olunub.

Aprelin 10-da Natiq İsbatov Abşeron Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

"7 gun.az" saytı öz əməkdaşına qaeşı ittihamlarla razılaşmır və peşə fəaliyyətinə görə saxlanılan və ya həbs olunan bütün jurnalistləri dərhal azad olunmasını tələb edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Digər xəbərlər: