Şou
16:51, 26 aprel 2019
96
0

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı həbs olunub

Narkomaniyanı təbliğ edən daha bir meyxanaçı həbs olunub



Azərbaycanda narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs edilib.

Daxili İşlər Nazirliyindən BEŞ.AZ verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.
O, rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa etdiyi üçün saxlanılıb.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Tərtər Rayon Məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər xəbərlər: